Azərbaycanda təndir sənətkarlığı və çörək bişirmə

Təndir - Azərbaycanda çörək, bəzən də ət və quş ətlərinin bişirilməsi üçün istifadə edilən ənənəvi saxsı sobadır. Bu gün ustalar əsasən iki növ təndir hazırlayırlar: yerüstü və yeraltı sobalar. Təndirdə bişirilən çörək uzunömürlüyün açarı hesab olunur və Azərbaycan xalqının gündəlik qida rasionuna daxildir. Uzun müddət saxlanıla bilər və bir neçə gün ərzində yeyilə bilər. Təndir və çörək bişirmə insanlar arasında həmrəyliyi təşviq edir və beləliklə ənənələri, inancları əhatə edir. Təndir sənəti haqqında biliklər ailələrdə müşahidə və təcrübə yolu ilə ötürülür. Çörək bişirmə bilikləri şifahi ünsiyyət və təlimat vasitəsilə ailələrə də ötürülür. Eyni ailədən olan gənc qadınlar və kişilər çörək bişirmə prosesini müşahidə edərək köməklik göstərir. Təndir bişirmək ictimai bağları gücləndirən, ailə və məhəllə bağlarını dəstəkləyən bir növ adətdir. ənənəyə görə əvvəlcə uşaqlara və qonaqlara çörək təklif olunur. İnsanlar bunu bir növ firavanlıq gətirdiyinə inanırlar. Təndir çörəyi həm də qazanc mənbəyidir.

Paraqvayın paytaxtı Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı milli nominasiya faylının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir (2024).