Aliya Baysabayeva: Azərbaycanı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiyalarında sədrliyi münasibətilə təbrik edirik

Aliya Baysabayeva: Azərbaycanı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiyalarında sədrliyi münasibətilə təbrik edirik
 

Link: https://azertag.az/

Biz Bakıda keçirilən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasında iştirak edirik. Ötən il isə bu gün təşkilata üzv ölkələrin milli komissiyalarında sədrliyi Azərbaycana təhvil verəcək Türkiyənin Bursa şəhərində görüşmüşdük.

Bu barədə AZƏRTAC-a müsahibəsində Qazaxıstan Respublikasının UNESCO və ICESCO məsələləri üzrə Milli Komissiyasının baş katibi Aliya Baysabayeva bildirib.

O, Azərbaycanı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiyalarında sədrliyi münasibətilə təbrik edib.

Aliya Baysabayeva əlavə edib: “Sabah biz 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində mədəniyyət proqramı keçirəcəyik. Mən ilk dəfədir ki, bu şəhərdə oluram və Azərbaycanın gözəl mənzərəsindən zövq alacağımızı gözləyirəm”.