Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv seçilib

Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv seçilib
 

Link: https://azertag.az/

Azərbaycan UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində qurumun İcraiyyə Şurasına üzv seçilib.

AZƏRTAC xəbər verir ki, sessiya çərçivəsində qurumun İcra Şurası üzvlüyünə seçkilər keçirilib. Azərbaycan UNESCO-nun ikinci seçki qrupundan qurumun İcraiyyə Şurası üzvlüyünə namizədliyini irəli sürüb.

Noyabrın 17-də UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan səs çoxluğu ilə İcraiyyə Şurasına üzv seçilib.

Xatırladaq ki, Azərbaycan 2005-2009-cu illərdə də UNESCO İcraiyyə Şurasının üzvü olub.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris