Azərbaycanın beş şəhərində ödənişsiz IT təlimləri keçiriləcək

 

Link: https://azertag.az/

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) təşəbbüsü ilə ödənişsiz informasiya texnologiyaları (IT) təlimləri regionlarda davam etdirilir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bölgələrdə gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilən “IT texnik” təlimində iştirak təqaüd proqramı əsasında olacaq.

Təlimləri “İKT LAB” Tətbiq və Tədris Mərkəzi Zaqatala, Mingəçevir, Şamaxı, Gəncə və Şəki şəhərlərində yerləşən tədris mərkəzlərində keçirəcək. Digər regionlardan olan şəxslərin dərslərə onlayn qoşulmaq imkanı olacaq. Fevral ayında başlayan təlim 3 ay müddətində davam edəcək.

Kursu uğurla bitirənlər RİNN-in “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin sertifikatı ilə təltif olunacaqlar.

Təlimlərdə iştirak üçün yanvarın 30-dək linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Təlimlər RİNN-in, UNESCO təşkilatının və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi, “Aztelekom” MMC-nin tərəfdaşlığı ilə “İKT LAB” Tətbiq və Tədris Mərkəzi tərəfindən “Gənc IT peşəkarlar” layihəsi çərçivəsində təşkil olunur.