Azərbaycanlı alim UNESCO-nun Hökumətlərarası Bioetika Komitəsinin 12-ci sessiyasında iştirak edib

 

Link: https://azertag.az/

UNESCO-nun Hökumətlərarası Bioetika Komitəsinin (IGBC) onlayn formatda 12-ci sessiyasında ölkəmizi AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri biologiya üzrə fəlsəfə doktoru İsmayıl Zülfüqarov təmsil edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, sessiyasının işində Beynəlxalq Bioetika Komitəsinin (IBC) hazırlayıb təqdim etdiyi “Gələcək nəsillərin qorunması prinsipinə dair IBC-nin hesabat layihəsi” və “Neyrotexnologiyanın etik məsələlərinə dair IBC-nin hesabat layihəsi” müzakirə edilib və bu ilin noyabr ayında UNESCO-nun Baş Konfransında qəbul olunması üçün təşkilatın üzv dövlətlərinə təqdim edilməsi qərara alınıb. Bu sənədlərlə yanaşı, bir sıra təşkilati məsələlərə də baxılıb.

Bundan əlavə, Beynəlxalq Bioetika Komitəsinin Dünya Elmi Bilik və Texnikaların Etikası Komissiyası (COMEST) ilə birlikdə hazırladıqları “COVID-19 sertifikatları və peyvənd pasportlarının etikasına dair bəyanat” müzakirə olunaraq qəbul edilib.