Beynəlxalq konfransın iştirakçıları işğaldan azad olunmuş Füzuli rayonuna gəliblər

Beynəlxalq konfransın iştirakçıları işğaldan azad olunmuş Füzuli rayonuna gəliblər
 

Link: https://azertag.az/

Mədəni irsin qorunmasına dair Bakıda keçiriləcək Beynəlxalq konfransda iştirak edəcək nümayəndə heyəti Ağdamdan sonra Füzuli rayonuna gəlib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyətinə ICOMOS-un vitse-prezidenti Zeynəb Gül Ünal, təşkilatın Suriya və İraqda mədəni irsin qorunması üzrə işçi qrupunun sədri Samir Abdulac və ICOMOS Pakistan Milli Komitəsinin prezidenti Fauzia Husain Qureshi, ICOM-ICME prezidenti Ralf Çeplak Mençin olmaqla, ümumilikdə, 10 xarici ölkədən 20-yə yaxın xarici ekspert daxildir.

Nümayəndə heyətini Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov, UNESCO üzrə Milli Komissiyanın, ICOMOS Azərbaycan Milli Komitəsinin, ICOM Azərbaycan Milli Komitəsinin və ADA Universitetinin nümayəndələri müşayiət edirlər.

Beynəlxalq konfransın iştirakçıları işğaldan azad olunmuş Füzuli rayonuna gəliblər