Öcal Oğuz: Şuşa çox əhəmiyyətli mədəniyyət mərkəzidir

Link: https://azertag.az/

2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı Şuşa fəaliyyətləri çərçivəsində bu tədbiri həyata keçiririk. Bugünkü tədbirimiz sabah müxtəlif sessiyalarla Şuşada davam edəcək.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə ADA Universitetində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasında UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz söyləyib.

Bu tədbirdə vacib qərarların alınacağına və Türk dünyası üçün xeyirli, uğurlu olacağına ümid etdiyini söyləyən Ö.Oğuz UNESCO Milli Komissiyalarının təbii ki, öz ölkələri üçün çox mühüm işlər gördüyünü diqqətə çatdırıb.

Şuşanın çox əhəmiyyətli bir mədəniyyət mərkəzi olduğunu vurğulayan Öcal Oğuz deyib: “Əminəm ki, UNESCO-nun bu çərçivədə çox əsərləri var. Bu münasibətlə dəyərlərimizin, mədəni mirasımızın təkrar gündəmə gəlməyi bizləri xoşbəxt edəcək”.