UNESCO-nun İpək Yolu Proqramı tədqiqat müsabiqəsi elan edir

UNESCO-nun İpək Yolu Proqramı tədqiqat müsabiqəsi elan edir
 

Link: https://azertag.az/

UNESCO-nun İpək Yolu Proqramı gənc tədqiqatçılar üçün qrant layihəsi (Silk Roads Youth Research Grant) çərçivəsində müsabiqə elan edir.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yaşı 35-dək olan gənc tədqiqatçılar İpək Yolu ortaq irsi ilə əlaqədar olaraq müəyyən edilmiş mövzular üzrə tədqiqat layihəsi təqdim edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən namizədlər mayın 31-dək müraciət edə bilərlər. Ətraflı məlumat nazirliyin saytında yerləşdirilib.