Öcal Oğuz: Ermənistanın Qarabağdakı təcavüz siyasətindən dərin təəssüf hissi keçiririk

Link: https://azertag.az/

Ermənistanın Şuşadakı, Qarabağdakı təcavüz siyasətindən dərin təəssüf hissi keçiririk.

AZƏRTAC xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində çıxışı zamanı UNESCO-da Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz deyib.

“Biz bilirik ki, UNESCO-nun təməl prinsipi sülh və barışdır. Təşkilatın əsas amalı məhz budur. Biz Milli Komissiyalar olaraq hər zaman bu yöndə çalışmağa, təşəbbüslər etməyə hazırıq”,- deyə Öcal Oğuz bildirib.