“Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsinə dair onlayn formatda dəyirmi masa təşkil olunub

 

Link: https://azertag.az/

Dekabrın 15-də “Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsinə dair onlayn formatda dəyirmi masa keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Türk Dövlətləri Təşkilatına daxil olan qurumların və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyənin UNESCO üzrə Milli Komissiyalarının nümayəndələri, həmçinin dövlət rəsmiləri və elm adamları iştirak ediblər.

Tədbirdə Azərbaycan tərəfindən səfirlər Həsən Həsənov, Vilayət Quliyev, Milli Məclisin deputatı Nizami Cəfərov, Xüsusi tapşırıqlar üzrə səfir - UNESCO üzrə Milli Komissiyanın Baş katibi Seymur Fətəliyev çıxış ediblər.

Çıxışlar zamanı “Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsi ilə bağlı təşəbbüsün türkdilli dövlətlər üçün mühüm əhəmiyyəti vurğulanıb və Azərbaycanın bu təşəbbüsü dəstəklədiyi bildirilib. Bu təşəbbüsə UNESCO-da baxılması üçün müvafiq tədbirlərin davam etdirilməsi və bu istiqamətdə türkdilli ölkələrin səylərinin səfərbər edilməsinin vacibliyi qeyd olunub.