UNESCO təhsilin monitorinqi üzrə ümumdünya məruzəsini təqdim edib

UNESCO 2020-ci ildə Təhsilin monitorinqi üzrə ümumdünya məruzəsini təqdim edib.

UNESCO-nun saytına istinadən xəbər verilir ki, məruzə “Təhsil və inklüzivlik” mövzusuna həsr olunub.

Hesabatda qeyd edilir ki, dünya ölkələrinin 10 faizindən azı təhsilin tam əhatəsini təmin edən qanunlara malikdir.

Məruzədə dünyadakı təhsil sistemlərində şagirdlərin təcrid olunmasına səbəb olan əsas amillər (mənşəyi, kimliyi və qabiliyyəti, cinsi, yaşı, yaşayış yeri, yoxsulluq, əlillik, etnik və yerli mənsubiyyəti) təhlil olunur. Bildirilir ki, COVID-19 pandemiyası ilə əlaqədar məktəblərin müvəqqəti bağlanması zamanı aşağı və aşağı-orta gəlirli ölkələrin təxminən 40 faizində aztəminatlı ailələrdən olan şagirdlərə dəstək verilməyib.

2020-ci il təhsilin monitorinqi üzrə ümumdünya məruzəsi daha dayanıqlı və bərabər cəmiyyətlərin yaradılmasına kömək etmək üçün ölkələri məktəblər açıldıqdan sonra kənarda qalanlara diqqət yetirməyə çağırır.