Markos Diaz: Azərbaycan idman gündəliyinin mərkəzində olan bir ölkədir

Markos Diaz: Azərbaycan idman gündəliyinin mərkəzində olan bir ölkədir
 

Link: https://azertag.az/

Belə bir beynəlxalq tədbirə ev sahibliyi edən ölkəyə dəfələrlə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan idman gündəliyinin mərkəzində olan bir ölkədir. Ona görə də Azərbaycanı təbrik etmək istəyirəm.

AZƏRTAC xəbər verir ki, bunu UNESCO-nun İdmanda dopinqlə mübarizə haqqında Beynəlxalq Konvensiyası üzrə Tərəflərin Konfransının (COP) 8-ci sessiyasının sədri Markos Diaz Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin 7-ci Beynəlxalq Konfransının (MINEPS VII) yekunlarına həsr olunan edilmiş mətbuat konfransında deyib.

O qeyd edib ki, Bakıda yeni bir sənəd imzalanın və bu sənəd idmanın inkişafı baxımından çox uğurlu olacaq: “Bu sənəd bələdçi rolunu oynayacaq və idmanla bağlı vizyonumuzu göstərəcək”.

Markos Diaz qeyd edib ki, idman insanlara nizam, intizam, sağlamlıq və s. müsbət amilləri ötürür. Amma idman cəmiyyətdən kənar mövcud ola bilməz.

“Bakıya doğru səyahətə başladığım zaman dostlarıma dedim ki, Azərbaycana gedirəm. Dostlarım bu ölkəni tanıdı və dedilər ki orada Formula 1 keçirilir. İdman uzaq bir ölkəni belə tanıda bilər. İndi mən geri qayıtdıqda deyəcəyəm ki, orada sadəcə Formula 1 yarışı keçirilmir. Eyni zamanda, Azərbaycanın mehriban insanları var və orada gözəl vaxt keçirmək olar. Bir daha təşəkkürlərimi bildirirəm".